“Azərbaycanlı olduğumuz üçün bütün ölkələr bizə yuxarıdan aşağı baxır” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Zirə” klubunun futbolçusu Cavid Hüseynovdur:

  • Həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Həyatımız çətin keçib. Əsas da 1992-94-cü illər arasında – 5 yaşımda atamı itirdim. Yəni, ata sevgisi görməmişəm. Bunun da hər zaman əziyyətini çəkirəm. Yenə də, şükür bu günə.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Dünyanın taleyi mənim əlimdə olsaydı, ancaq sülhü bərqərar edərdim. Təbii ki, hər kəsin eyni yaşaması şərtiylə.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
  • Ferqyusonla tam razıyam.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Əlbəttə, çox olub. Hər yerdə deyirəm, biz azərbaycanlı olduğumuz üçün bütün ölkələr bizə yuxarıdan aşağı baxır. Niyə yerli məşqçilər və futbolçular xaricdə uğur qazana bilmir? Bir amil var: azərbaycanlı olmağımız, başqa heç nə.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Yalnız bir yolumuz var ki, gənc, perspektivli uşaqları – 9, 10, 11 yaşlıları ailəsiylə birlikdə Avropanın yaxşı yerinə köçürdəsən, onlar orada inkişaf edə. Yəni, Belçikadır, Niderlanddır, İspaniyadır, İngiltərədir, belə yerlər. Çox getmək lazımdır, axın olmalıdır ki, sonra da milliyə qayıtsınlar və nəticə olsun. Başqa yol görmürəm mən. Çıxış yolunu bunda görürəm. Özümüzdə qalanda qabağa gedə bilməyəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button