Azərbaycanlı hücumçudan Almaniyada növbəti qol
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 11-ci turunda “Herta”nın ikinci komandası ilə qarşılaşıb.
“Dinamo” səfərd baş tutan bu matçdan qələbə ilə ayrılıb – 2:1. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da Rüfət vurub. O, 57-ci dəqiqədə fərqlənib.
“Dinamo” hazırda 24 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin