Azərbaycanlı hücumçu “Slaviya”da debüt etdi
Futbol üzrə Belarus çempionatında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun yenicə transfer olunduğu “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Brest “Rux”u ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ruslan da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb və debüt matçında 22 dəqiqə mübarizə aparıb.
“Slaviya” bu heç-heçədən sonra 15 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin