Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyunlarına təyinat alıb

Azərbaycanın futzal üzrə iki FİFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Hikmət Qafarlı 24-29 avqustda İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Türkiyə) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23-28 avqustda Türkiyədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button