
Azərbaycanlı hakimlər beynəlxalq təyinat alıblar
Azərbaycanın futzal hakimləri beynəlxalq təyinat alıblar.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AÇ-2026-nın 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya görüşünü idarə edəcək.
Matç martın 12-də Ərzincan şəhərində keçiriləcək və saat 17:00-da start götürəcək. Oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin