Azərbaycanlı hakimlər Avropa Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Komanda.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Liqasının 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Rumıniyanın “Dunarea Braila” və Xovatiyanın “Podravka Vegeta” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma martın 24-də Buzeu şəhərindəki “Romeo Yamandi” zalında təşkil olunacaq.
Komandalar arasında Xorvatiyada baş tutan ilk oyunda “ Dunarea Braila” 32:26 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin