Azərbaycanlı hakim-inspektor Macarıstan klubunun oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) – AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin