
Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyunlarında
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, Elçin Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq. Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin