Azərbaycanlı hakim CEV kubokuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV kubokuna təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, Hacıyev qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button