Azərbaycanlı hakim “Benfika”nın oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Məsiyev UEFA Gənclər Liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.
Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin