Azərbaycanlı hakim AÇ-yə təyinat aldı
Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, referi Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.
Bu gün start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.
Yarış aprelin 28-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin