Tokio-2020: Azərbaycan güləşçisi ermənini məğlub edib, “bürünc” qazandı!
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı “bürünc” uğrunda Ermənistan təmsilçisi Karapet Çalyanla güləşib. Hüseynov erməni rəqibini 4:1 hesabıyla məğlub edərək, bürünc medalı qazanıb.
Bununla da, Azərbaycan Tokio-2020-də üçüncü medalını əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin