Azərbaycanlı futbolçunun komanda yoldaşı Türkiyəyə buraxılmır
Türkiyə 1-ci liqasında mübarizə aparan “Tuzlaspor” klubu maraqlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçusu Filip Qameli Avukunun girov qaldığını bildirib.
Qana millisinin oyunu üçün ölkəsinə gedən 23 yaşlı müdafiəçi Türkiyəyə qayıda bilmir. Buna səbəb Türkiyə səfirliyinin oyunçuya viza verməməsidir. Avuku komandasının son üç oyununda iştirak edə bilməyib.
“Tuzlaspor”un açıqlamasında belə deyilir:
“Futbolçumuza niyə viza verilmir? Bunun bir açıqlaması var? Səfirlik telefonlarımıza cavab vermir. Futbolçumuz 15 gün ərzində üç rəsmi matçda iştirak etməyib. Türkiyə Futbol Federasiyası niyə səssiz qalıb?”
“Tuzlaspor”da Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə də çıxış edir.
Bizi Facebook-da izləyin