
Azərbaycanlı futbolçunun klubu baş məşqçi ilə vidalaşdı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” baş məşqçisi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.
O, son olaraq komandanı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Nomme Kalyu”(1:1, 0:1) ilə oyununa çıxarmışdı.
“Partizani” cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənar qalmışdı.
Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



