Azərbaycanlı futbolçuların komandasından heç-heçə

Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İnhulets”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Rüstəmlə Eldar bu oyunun iştirakçısı olmayıb. Əhmədzadə ötən tur qırmızı vərəqə aldığı və cəzalı duruma düşdüyü üçün komandasına kömək edə bilməyib. Quliyev isə sarı vərəqə limiti doldurduğuna görə matçı buraxmaq məcburiyyətində qalıb.

15 turdan sonra 9 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button