
Azərbaycanlı futbolçuların klubunda baş məşqçi ayrılığı
Azərbaycan millisinin üzvü Renat Dadaşovun və digər azərbaycanlı futbolçu Həsən Nəzərovun çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi “Ankaragücü” baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
“Ankaragücü” 1-ci Liqada 23 xalla səkkizinci sırada yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin