Azərbaycanlı futbolçuların formaları hərraca çıxarılıb
Azərbaycanlı futbolçuların formaları xeyriyyə məqsədilə hərraca çıxarılıb.
Komanda.az xəbər verir ki, bu addım Avropa Klublar Assosiasiyasının (ECA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə layihəsi çərçivəsində atılıb.
“Qarabağ”dan İsmayıl İbrahimli, “Neftçi”dən Emin Mahmudov və “Qəbələ”dən Asif Məmmədovun formaları auksionda satılacaq.
Layihənin sonunda toplanacaq məbləğ Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən insanlara xərclənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin