Azərbaycanlı futbolçuların duelində Namik sevindi
Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu turda Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” doğma meydanda Vüsal İsgəndərlinin komandası – “Keçiörengücü” ilə qarşılaşıb. Bursalılar bu oyunda inamlı qələbəyə seviniblər – 2:0.
Azərbaycanlı futbolçular da bu oyunun iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Namik 73, Vüsal isə 74-cü dəqiqədə əvəzlənib. İsgəndərli 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Bursaspor” 11 turdan sonra 14 xalla 19 kollektiv arasında 7-ci, “Keçiörengücü” isə 7 xalla 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin