
Azərbaycanlı futbolçular üçün heç-heçə
Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zarya” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Rüstəm bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Eldar da məhz həmin dəqiqədə digər komanda yoldaşının əvəzində meydana buraxılıb.
Dörd turdan sonra 4 xalı olan “Minay” 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin