Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

U-21 yığmamızın yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasından ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqavilənin müddəti bitdiyi üçün tərəflər vidalaşmaq qərarına gəliblər. Ukrayna klubu azərbaycanlı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

“Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu bu komandada 26 oyuna 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button