Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu Rusiya klubu “Yenisey”ə keçib.

Yığmamızın üzvü yeni komandasına Krasnodar “Kubanoçka”sından keçib. 2017-ci ildə “Donçanka”ya keçən Cəfərzadə ötən ilin əvvəlində “Kubanoçka”nın yolunu tutub. O, bu komandada keçirdiyi 12 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Yenisey”ə azad agent kimi keçən Sevinc Cəfərzadə yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button