Namik Ələskərovun komandası azarkeşlərin hücumuna məruz qaldı

Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.

Komanda.az xəbər verir ki, 1-ci liqanın 12-ci turunun “Kocaelispor”la matçından əvvəl komanda üzvlərini daşıyan avtobus azarkeşlərin hücumuna məruz qalıb. Bu barədə “Bursaspor”un mətbuat xidməti məlumat yayıb.

“Kocaelispor” fanatları stadiona daxil olan “Bursaspor” klubunun avtobusunu təpikləyib və butulkalar atıblar.

“Bursaspor” “Kocaelispor”a 1:2 hesabıyla uduzub. Bursa təmsilçisinin yeganə qolunu 60-cı dəqiqədə Namik Ələskərov vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button