Azərbaycanlı futbolçu Litvada debüt etdi
Litva çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun yenicə transfer olunduğu “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda 6-cı tur çərçivəsində “Qarliava”nın qonağı olub. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər – 1:1. Bu, “Yonava”nın cari mövsümdəki ilk xal olub. Komanda əvvəlki beş oyunun hamısında uduzmuşdu.
Nurlan debüt matçında start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin