Azərbaycanlı futbolçu Həbibin cəzası haqda: Narahatıq

“Spartak”da (Moskva) çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev  UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədovun cəzalandırılmasına münasibət bildirib. 

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Həbibə verilən cəzanın sərt olduğunu deyib:

“Hamımız Həbibə görə narahatıq. Onu hər döyüşdə dəstəkləyirik. Əminəm ki, bu cəza Həbibin ruhunu pozmayacaq və özünü hər kəsə göstərə biləcək”. 

Atletika Komissiyası  yanvarın 29-da Həbib Nurməhəmmədovu 9 aylıq diskvalifikasiya edib.

UFC kateqoriyası üzrə keçirilən yarışda mübarizə aparan Konor Makqreqor və Həbib Nurməhəmmədovun döyüşündən sonra zalda baş verən hadisələrə görə hər iki idmançı cəzalandırılıb. Rusiyalı Nurməhəmmədova 9 ay yarışlardan kənarlaşdırma və 500 min dollar pul cəzası, irlandiyalı Makqreqora isə 6 aylıq yarış qadağası və 50 min dollar pul cəzası verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button