Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Luqano” (İsveçrə) oyununun baş hakimi olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Dekabrın 12-də keçiriləcək “Dinamo” – “Luqano” oyunu saat 21:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin