Əliyar Ağayev “Espanyol”un oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) oyununun baş hakimi olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Oktyabrın 24-də keçiriləcək “Ludoqorets” – “Espanyol” oyunu saat 20:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin