Azərbaycanlı FİFA hakimi “Ştutqart”ın oyununa təyinat alıb
Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, 2-ci turda keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq.
Referiyə Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin