Azərbaycanlı cüdoçu erməni rəqibini məğlub edib

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

Komanda.az xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib. İbadlı Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button