Azərbaycanlı atletdən Ankarada gümüş medal

Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.

Komanda.az xəbər verir ki, 16 ölkədən 72 atletin çıxış etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də var.

Bu gün yığmamızın üzvlərindən Tehran Məmmədov da körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. Tehran təkanla qaldırmada 167 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) ilə 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button