Azərbaycanlı atlet Çexiyada gümüş medal qazanıb
Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.
O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin