Azərbaycanla oyundan öncə klubunu dəyişdi
Almaniyanın “Bayer” klubu futbolçusu Tin Yedvayı icarəyə verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 24 yaşlı xorvatiyalı müdafiəçini Bundesliqanın digər iştirakçısı “Auqsburq”a icarəyə göndərib. Yedvay 2020-ci ilin yayına kimi məhz bu komandanın uğurları üçün çalışacaq.
Zaqreb “Dinamo”sunun yetirməsi olan Yedvay, 2014-cü ildə İtaliyanın “Roma” klubundan “Bayer”ə transfer olunub. Sözügedən futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyunlar üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin