“Azərbaycanla oyundan Millətlər Liqasına hazırlıq kimi istifadə edəcəyik”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qrupda 6 xalımızın olması bizim üçün uğurdur. Düşünürəm ki, Azərbaycan və Lüksemburq bu qrupun favoriti deyillər. Seçmə mərhələdən öncə 4-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Hazırda 3-cüyük və bu pilləni qorumaq istrəyirik.
Sabahkı oyundan UEFA Millətlər Liqasına hazırlıq kimi istifadə edəcəyik. Bu baxımdan start heyətimizdə dəyişikliklər olacaq. Azərbaycan yığması ilə UEFA Millətlər Liqasındakı oyunlarımızdan xeyli vaxt keçib. Daha çox sabahkı oyuna köklənirəm. İki ay öncə Azərbaycan millisinə qalib gəlmişdik. Komandada stress və motivasiya baxımından problem yoxdur.
Azərbaycan millisinin heyətində kifayət qədər güclü futbolçular var. İnanıram ki, həmin oyunçuların bizim qapımıza yol tapmalarının qarşısını ala biləcəyik”.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçına saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin