Azərbaycanın yer aldığı qrupdan danışdı – Qətər millisinin baş məşqçisi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı A qrupundakı komandalarla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas açıqlama verib.

Komanda.az xəbər verir ki, qrupdakı millilər barədə danışan baş məşqçi bunları deyib:

“DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan komandalarla oynamağımız ən yaxşı səviyyəyə çatmağımıza kömək edəcək. Qrupdakı oyunlar maraqlı keçəcək. Bu komandaların hər biri ilə dünya çempionatında qarşılaşa bilərik. Gələn il Amerika kuboku və KONKAKAF “Qızıl kuboku”ndakı yığmalarla mübarizə aparacağıq. Çalışırıq ki, təkcə Asiya komandaları ilə qarşılaşmayaq. Bütün bunlar dünya çempionatına yaxşı hazırlaşmağa imkanı verir.

Seçmə mərhələdə yoldaşlıq oyunları keçirəcəyimiz komandaların hamısı güclüdür. Burda Avropa çempionu Portuqaliya var. Onlar qrupun favoritidir. Ən yüksək səviyyədə bir komanda ilə görüşmək bizim üçün əla təcrübə olacaq. Yüksək rəqabətli komandalarla oynamaq şansı əldə etmişik. İrlandiya və Serbiyaya qarşı matçımız da maraqlı olacaq”.

Azərbaycan millisi Qətər yığması ilə martın 27-də Avstriyada qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button