
Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin