
Azərbaycanın tanınmış velosipedçisi karyerasını bitirdi
Azərbaycanın tanınmış volosipedçisi Elçin Əsədov karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı idmançı “instaqram” hesabında paylaşım edib:
“İdman insanları birləşdirir və şükürlər olsun ki, gözəl insanlar, ölkələr tanıdım. Yarış üçün darıxacağam. Amma velosiped sürməyi sevməyə davam edəcəyəm”.
Əsədov bir sıra beynəlxalq yarışlarda və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin