Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Komanda.az xəbər verir ki, komanda iyulun 4-də start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.
Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə qatılacaq.
Yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında da mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin