Dünya çempionatı: Azərbaycan komandası finala yüksəldi
Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq 5 topla kompozisiyanı yerinə yetirib. Onlar bu alətlə hərəkətlərdə 39,600 xala layiq görülüb.
Daha sonra komanda 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 38,000 xal toplayıb. Komanda iki çıxışın cəminə görə 77,600 xalla 6-cı pillədə qərarlaşıb və finala yüksəlib.
Final oktyabrın 31-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin