Konfrans Liqası: Azərbaycan klublarını gözləyən mükafat
Azərbaycanın “Qarabağ”, “Sumqayıt” və “Keşlə” komandaları yeni mövsümdə Konfrans Liqasında iştirak edəcəklər.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri turnirdə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Konfrans Liqasının mükafat fondu hələ rəsmi olaraq açıqlanmayıb.
Fransanın “Lequipe” nəşrinin xəbərinə görə, Konfrans Liqasının ümumi mükafat fondu 235 milyon avro olacaq. Turnirdə qrup mərhələsinə yüksələn klubların hər birinə 2,9 milyon avro ödəniləcək. Qrupda hər qələbə 500 min, hər bərabərlik isə 166 min avrodur. Qrupu ilk sırada bitirən klublar 650 min avro, ikincilər 325 min avro qazanacaq. 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək. Konfrans Liqasının qalibinə 8,9 milyon avro ödəniləcək.
Konfrans Liqası iyulun 8-də başlayacaq. Turnirin final matçı 2022-ci ilin mayında olacaq.
Bizi Facebook-da izləyin