Tokio-2020: Azərbaycan 4-cü “qızıl”ını qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə özbəkistanlı Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.

Bununla da, Azərbaycan Tokio-2020-də 4-cü “qızıl”ını qazanıb.

Tokio-2020 Yay Paralimpiya Oyunlarında bundan əvvəl Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi qızıl medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button