Azərbaycanın daha bir güləşçisi təsəlliverici görüşə çıxacaq
Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq.
Komanda.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib. Bu səbəbdən, Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.
O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir. Manolovanın qırğızıstanlı idmançı ilə görüşü sabah saat 06:00-da olacaq.
Azərbaycanın kişi güləşçisi Rafiq Hüseynov da təsəlliverici görüşə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin