Azərbaycanın qadın güləşçilərindən Budapeştdə bir medal
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.
Leyla Qurbanova ilk mərhələdə yerli güləşçi üzərində minimalhesablı qələbə qazanıb. Ancaq 1/4 finalda Belarusdan olan 2 qat dünya və 2 qat Avropa çempionu Vanesa Kolodinskaya ilə bacarmayıb.
Alyona Kolesnik startda bolqar həmkarına uduzub.
Elis Manolova 1/8 finalda erkən qələbəyə sevinib. Avropa çempionumuz cəmi 43 saniyə ərzində İsrail təmsilçisini “tuşe” ilə xalçadan məyus yola salıb. Elis litvalı rəqibinə də aman verməyərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında son Avropa çempionu, Rusiyanı təmsil edən azərbaycanlı Xanım Vəliyevayla qarşılaşan yığmamızın üzvü məğlubiyyətlə üzləşib.
Mübarizəyə 1/4 finaldan qoşulan Tatyana Omelçenko latviyalı 4 qat Avropa çempionu Anastasiya Qriqoryevaya minimal fərqlə yenilib.
Gözəl Zutova debütdə britaniyalı güləşçiyə məğlub olub.
Qadınların mübarizəsinə martın 20-də yekun vurulub. Təmsilçilərimizdən yalnız Tatyana Omelçenko bürünc medal qazanıb.
53 kq
1/8 final: Leyla Qurbanova – Timea Şeker (Macarıstan) 4:3
1/4 final: Leyla Qurbanova – Vanesa Kolodinskaya (Belarus) 0:10
Bürünc medal görüşü: Leyla Qurbanova – Yuliya Leorda (Moldova) 0:10
57 kq
1/8 final: Alyona Kolesnik – Evelina Nikolova (Bolqarıstan) 0:6
Təsəlliverici görüş: Alyona Kolesnik – Veronika Çumikova (Rusiya) 0:11
62 kq
1/4 final: Tatyana Omelçenko – Anastasiya Qriqoryeva (Latviya) 2:3
Təsəlliverici görüş: Tatyana Omelçenko – Sara Da Kol (İtaliya) 6:0
Bürünc medal görüşü: Tatyana Omelçenko – Elif Yeşilırmak (Türkiyə) 2:1
68 kq
1/8 final: Elis Manolova – İlana Kratiş (İsrail) 4:0 (tuşe)
1/4 final: Elis Manolova – Danute Domikaytite (Litva) 4:1
1/2 final: Elis Manolova – Xanım Vəliyeva (Rusiya) 0:6
Bürünc medal görüşü: Elis Manolova – İrina Ringaci (Moldova) 0:8
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya) 1:3
Bizi Facebook-da izləyin