“Dostlarıma Bakı haqda danışanda, onlar bu şəhərin harda olduğunu bilmirdilər” – Essyen
“Səbail”in futbolçusu Maykl Essyen Bakı ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Rusiyanın “Match TV” kanalının AÇ-2020-yə həsr olunan “Avrotur” layihəsinin qonağı olan Essyen, bunları deyib:
“Dostlarıma Bakı haqda danışanda, onlar bu şəhərin harda olduğunu bilmirdilər. Qohumlarım yanımda olanda, burdan xoşları gəlir. Bakıda tıxac yoxdur. Bunula bağlı bir müqayisə etməliyəm. Bir neçə il İndoneziyada oynamışam, orda tıxac 20 dəfə daha pisdir. Azərbaycanın mətbəxi çox ləzzətlidir, amma yüksək kalorilidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin