Azərbaycanın hakimlər Avropa Kubokuna təyinat aldılar
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Komanda.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.
Komandalar arasında Rumıniyada baş tutan ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin