Azərbaycanın daha 3 cüdoçusu Bakıdakı yarışda iştirak edəcək
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək.
Komanda.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Camal Qamzatxanov (+100 kq), Ramilə Əliyev və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaqlar.
“Böyük dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin