Azərbaycanın daha iki güləşçisi Avropa 5-cisi oldu

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparıb.

Mübarizəyə 1/4 finaldan başlayan Tatyana Varansova debütdə Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib. Mingəçevir güləş məktəbinin yetirməsi axşam seansında final yolunda Almaniya nümayəndəsi ilə üz-üzə gəlib. Həmyerlimiz ilk hissəni 6:0 öndə başa vurub. Ancaq ikinci hissədə üstünlüyü qoruya bilməyib və finala vəsiqəni əldən verib. Tatyana martın 8-də bürünc medal uğrunda görüşə çıxıb. Rumıniya təmsilçisi ilə gərgin keçən həlledici qarşılaşmadan məğlub ayrılan Varansova 5-ci yeri tutub.

Elis Manolova təsnifat mərhələsində Belarus güləşçisinə aman verməyərək vaxtın əvvəl qələbə qazanıb. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə məğlub olub. Rəqib finala yüksəldiyindən Elis martın 8-də təsəlliverici görüşdə mübarizə aparıb. Avstriyalı rəqibindən güclü olan Manalova bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Gərginliyi ilə diqqət çəkən qarşılaşmada yığmamızın üzvü sona 25 saniyə qalmış üstünlüyü əldən verərək 5-ci yerlə kifayətlənib.

53 kq
Bürünc medal görüşü – Tatyana Varansova – Suzanna Georgiana Seykariu (ROU) 2:2*
1/2 final – Tatyana Varansova – Annika Vendl (GER) 6:14
1/4 final – Tatyana Varansova – Aqata Marta Valerjak (POL) 8:3

65 kq
Bürünc medal görüşü – Elis Manolova – Paulin Denis Lekarpentye (FRA) 5:5*
Təsəlliverici görüş – Elis Manolova – Ketrin Matis (AUT) 4:2
1/4 final – Elis Manolova – Krista Tunde İnçe (ROU) 0:4
Təsnifat – Elis Manolova – Veronika Eismant (BLR) 9:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button