Azərbaycanın daha bir komandası Avropa çempionu oldu

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 Avropa çempionatı keçirilib.

Komanda.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb.

70 və 80 kq-da iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib.

70 kq-da Rübail İbrahimli və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib.

80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb.

Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıb. Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olub.

Beləliklə, millimiz U-20 Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button