Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.

Ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button