Azərbaycanın daha bir cüdoçusu Zaqrebdə çempion oldu
Bu gün Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev yarışa 1/8 final mərhələsindən başlayıb.
Onun ilk rəqibi polşalı Sebastyan Oldak olub. Bu rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançımız yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib. Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olub. Sonuncu rəqibinə də qalib gələn Mehdiyev qızıl medal qazanıb.
Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb qran-prisində qızıl medal qazanıb. Bir gün əvvəl Hidayət Heydərov (73 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan yığması sözügedən turnirdə elə bu iki cüdoçu ilə təmsil olunurdu.
Bizi Facebook-da izləyin