Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, Malik Həsənov (63,5 kq) üçüncü görüşündə Din Klensini (İrlandiya) məğlub edib.

Milli üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button