Azərbaycanın daha bir atleti qran-pridə qüvvəsini sınadı

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışı davam edir.

Komanda.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Bu gün onlardan daha biri – Əli Şükürlü mübarizəyə qoşulub. O, 102 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 365 (165+200) kq nəticə göstərib. Şükürlünün yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button